Müsavatda saxta sənəd qalmaqalı: Özlərini ifşa etdilər - (FOTOFAKT)

Müsavatda saxta sənəd qalmaqalı:  Özlərini ifşa etdilər - (FOTOFAKT)
  12 Fevral 2019    Oxunub:12538
Müsvat partiyasında başqanlığa iddialı olan Yadigar Sadıqovla hazırkı sədr Arif Hacılı tərəfdarları arasında yeni qarşıdurma yaşanır. Belə ki, ötən gün Müsavat Divanında partiyanın mühacir biznesi ilə məşğul olduğunu təsdiqləyən sənəd müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra belə qərara gəlinib ki, Yadigar Sadıqovun imzası olan sənəd saxtadır və bu məsələ gizli saxlanılsın.



Azvision.az-ın məlumatına görə, iclasda sabiq başqan müavini Elman Fəttah buna etirazını bildirib. Məsələ qaldırıb ki, müzakirələrdə Y.Sadıqov iştirak etmədiyindən bu barədə onu məlumatlandırmaq lazımdır. Ancaq başqan müavini Səxavət Soltanlı təkliflə razılaşmayıb. Sonda qərara gəlinib ki, saxta sənəd müzakirələri barədə heç kimə məlumat verilməsin.



Təbii ki, partiyadaxili çəkişmələrin, qarşıdurmaların yaşandığı vaxtda bunun gizli saxlanılması mümkünsüz görünürdü. Çünki Müsavatdakı qruplaşmalar yalnız öz maraqlarını düşünür, bu mənada rəqib partiyadaşlara sarsıdıcı zərbə vurmaq üçün məqam güdürlər.

Gözlənildiyi kimi, saxta sənəd məsələsi gizli qalmadı. Maraqlısı odur ki, sənədin gizli saxlanılmasının tərəfdarı olan Səxavət Soltanlı məsələni özü ictimailəşdirib. Bundan sonra tərəflər arasında münasibətlər kəskinləşib, sosial şəbəkələrdə bir-birilərini ittiham etməyə başlayıblar.



Y. Sadıqovun bir qədər əvvəl yazdığı status məsələnin mahiyyətindən xəbər verirdi: “Dünən mənim iştirak etmədiyim Divan iclasında məlum olub ki, partiya rəhbərliyinin əlində belə bir sənəd var. Və aylardır bu sənəd partiya rəhbərliyində ola-ola mənə heç bir məlumat verilməyib. Elman Fəttahın bununla bağlı iradına da düz-əməlli cavab səslənməyib. Gecə saatlarında isə Müsavat üzvlərinin qapalı qrupunda gələcək qurultayda başqanlığa namizəd olacağımı açıqladıqdan sonra başqan müavini Səxavət Soltanlı yenə mənə demədən, adım keçən sənədi yenə də mənimlə məsləhətləşmədən paylaşıb”.



Y.Sadıqovun söylədiyindən aydın olur ki, bu təxribat partiyada onun başqanlığa namizəd olmağını istəməyən qüvvələr tərəfindən, iqtidarın əməli kimi təqdim edilməklə törədilib. Çünki Müsavat funksionerləri özləri yaydıqları sənədi iqtidara qarşı kampaniyaya çevirməyə cəhd edirdilər. Amma Sadıqovun statusundan da göründüyü kimi təxribat ona qarşı edilib və bu sənədin ərsəyə gəlməsi birbaşa Müsavatın öz işidir: “Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd tapıb, o da mənim adım keçən. Bu sənədin haradan gəlməsini bilmək mənim hüququmdur. Həmin sənədlə sosial şəbəkədə tanış olduğuma görə, elə burada da Səxavət Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyirəm. Kim göndərib və nə vaxt göndərib? Və cavabın şifahi deyil, “skrinşot”la verilməsini tələb edirəm”.

Xatırladaq ki, bir müddət əvvəl Azvision.az saytında dərc olunan Müsavatçıların gizli planı - Arif Hacılı yola salınır adlı yazıda partiyada başqanlıq uğrunda savaşın olacağının anonsu verilmişdi.

Elvin Abdulqədirov
Azvision.az




Teqlər: Müsavat   Qarşıdurma  





Xəbər lenti