ABŞ-da ilk qadın kapitan işdən qovuldu - FOTO

  13 Fevral 2019    Oxunub : 1318
ABŞ-da ilk qadın kapitan işdən qovuldu - FOTO
ABŞ hərbi hava qüvvələri tarixində “Viper” aerobatik pilotaj qrupunun ilk qadın kapitanı təyin olunan Zoe Kotnik vəzifəyə gəlməsindən cəmi iki həftə sonra işdən çıxarılıb.
Azvision.az “Air Force Times”a istinadən xəbər verir ki, hərbi təyyarələrdə min saatdan çox uçuş həyata keçirən Kotnikin vəzifədən qovulmasının səbəbi idarəçilik bacarığının olmamasıdır.

ABŞ hərbi hava qüvvələrinin 20-ci qırıcı aviasiya qanadının komandiri Zoe Kotnikin “F-16 Viper” hərbi aviasiya komandanlığına rəhbərlik və başçılıq etmək qabiliyyətinə olan etimadını itirdiyinə görə, fevralın 11-də onu vəzifəsindən uzaqlaşdırıb” – qəzet komandanlığın rəsmi nümayəndəsi Allen Herritecdən sitat gətirib.

Qeyd olunur ki, Zoe Kotnik vəzifəsindən qovulsa da, 20-ci qırıcı aviasiya qanadında xidmətini davam etdirir.

ABŞ hərbi hava qüvvələrinin “Viper” aerobatik pilotaj qrupu “F-16” qırıcı təyyarələrinin ən çətin hava manevrlərini həyata keçirir.




Leyla Elbrusqızı
Azvision.az

Teqlər: ABŞ   F-16