Tərtərdə yanğın olub

Tərtərdə yanğın olub
  05 Mart 2019    Oxunub:1766
Tərtər rayonunun Ələsgərli kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, bitişik ümumi sahəsi 60 m² olan talvarın lambirindən ibarət tavanı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti