Qəbələdə sənədsiz tüfəng götürülüb

  07 Mart 2019    Oxunub : 538
Qəbələdə sənədsiz tüfəng götürülüb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, martın 6-da Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nic qəsəbə sakini Anton Aqaidən müvafiq sənədləri olmayan “TOZ-16” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Tüfəng