Dəyirmandan oğurluq edən dəstə ələ keçdi

  07 Mart 2019    Oxunub : 727
Dəyirmandan oğurluq edən dəstə ələ keçdi
Cari ilin mart ayında bir qrup Ağcabədi rayon Qaravəlli kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək dəyirmandan elektrik mühərriklərinin oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerində olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Qalib Quliyev, Hacı Əzizov və Surxay Məmmədov saxlanılıb.

Araşdırmalarla onların ayrı-ayrı vaxtlarda dəyirmanlardan 22 ədəd elektrik mühərriki oğurlamaqla vətəndaşlara 8000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   oğurluq