16,2 kq-dan artıq narkotik dövriyyədən çıxarılıb

  07 Mart 2019    Oxunub : 457
 16,2 kq-dan artıq narkotik dövriyyədən çıxarılıb
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 6-da bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 16,2 kiloqramdan artıq narkotik vasitə olan marixuana, həmçinin 27 ədəd çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Azvision.az

Teqlər: DİN