Keçmiş məhkumlardan külli miqdarda narkotik götürülüb

Keçmiş məhkumlardan külli miqdarda narkotik götürülüb
  07 Mart 2019    Oxunub:1555
Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan V.Həsənovdan çəkisi 10,9 kiloqram marixuana götürülüb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan T.Medvedyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Binə qəsəbəsindəki evdən isə dibçəklərdə kultivasiya yolu ilə yetişdirilən 27 ədəd çətənə kolu və çəkisi 4,8 kiloqramdan artıq marixuana da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Cabbarovdan 490 qram marixuana götürülüb. Hər üç faktla bağlı cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti