Polis tapança gəzdirən şəxsi tutub

Polis tapança gəzdirən şəxsi tutub
  07 Mart 2019    Oxunub:3128
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan A.Cəfərzadə saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ondan kustar üsulla hazırlanmış “Revolver” tipli tapanca və həmin silaha aid 2 patron aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti