Metroda cibgirlik edən şəxs tutulub

Metroda cibgirlik edən şəxs tutulub
  07 Mart 2019    Oxunub:1698
Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun “Nizami” stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti