Əfv Komissiyasının iclasları yekunlaşdı - Siyahı Prezidentə göndəriləcək

   Əfv Komissiyasının iclasları yekunlaşdı -    Siyahı Prezidentə göndəriləcək
  07 Mart 2019    Oxunub:3106
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda əfvlə bağlı daha 100 müraciətə baxılıb. Bununla da, ümumilikdə 800 müraciətə baxan komissiya işini yekunlaşdırıb. Əfv olunacaq məhkumların yekun siyahısı hazırlandıqdan sonra Prezident İlham Əliyevə təqdim olunacaq.

Qeyd edək ki, ölkə başçısının Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalayacağı gözlənilir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Əfv  





Xəbər lenti