Təqaüdçülərin pulunu oğurlayan şəxs tutuldu - FOTO

Təqaüdçülərin pulunu oğurlayan şəxs tutuldu -    FOTO
  07 Mart 2019    Oxunub:1906
Biləsuvar rayonunun Nərimankənd kənd sakini T. İsayev Biləsuvar rayon polis şöbəsinə müraciət edərək bildirib ki, martın 5-də rayon ərazisində yerləşən bankomatlardan birinə təqaüdünü almaq üçün yaxınlaşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, yaşlı olduğundan pulu çıxarmaq üçün tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb və dələduzluq yolu ilə zərərçəkmişin 200 manat pulunu mənimsəyib.



Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə faktı törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Onun əvvəllər də eyni əmələ görə məhkum olunmuş İlqar Eminov olduğu məlum olub. Araşdırmalarla İ. Eminovun eyni yolla daha iki rayon sakini olan təqaüdçünün ümumilikdə 185 manat pulunu mənimsədiyi aşkar edilib. Faktla bağlı araşdırma aparılır. İ.Eminovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102 xidməti-zəng mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti