Bir gündə 30 cinayətin üstü “isti izlər”lə açılıb

Bir gündə 30 cinayətin üstü “isti izlər”lə açılıb
  08 Mart 2019    Oxunub:2177
2019-cu il mart ayının 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 7-dən 8-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 30 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti