Şəkidə narkotacir tutuldu

Şəkidə narkotacir tutuldu
  09 Mart 2019    Oxunub:1718
Şəki Şəhər Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Nail Qasımov saxlanılıb.

Onun üzərinə şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 470 qram nakotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkoitk  





Xəbər lenti