Oğrunun digər cinayətləri üzə çıxdı

Oğrunun digər cinayətləri üzə çıxdı
  09 Mart 2019    Oxunub:2269
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan İ.Mürsəliyev saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılmış tədbirlərlə onun bu ilin fevral ayı ərzində 2 avtomobilin yan güzgülərini, habelə ayrı-ayrı vətəndaşlara məxsus velosipedi, mobil telefonu və kanalizasiya quyusunun qapağını oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti