Mikroavtobusla yük maşını toqquşub, sürücü ölüb

Mikroavtobusla yük maşını toqquşub, sürücü ölüb
  09 Mart 2019    Oxunub:2352
Martın 8-də saat 22 radələrində Qax rayonunun Qıpçaq kəndi ərazisində Xaçmaz rayon sakini M.Məmmədrəhimovun idarə etdiyi “QAZel” markalı mikroavtobusla Balakən rayon sakini S.Qurbanovun idarə etdiyi “Mercedes-Benz-Atego” markalı yük avtomobili toqquşub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə M.Məmmədrəhimov hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti