Gecə klubunda silahlı insident: 15 ölü, 5 yaralı

 Gecə klubunda silahlı insident:   15 ölü, 5 yaralı
  10 Mart 2019    Oxunub:2946
Meksikanın Salamanka şəhərində gecə klublarından birində silahlı insident baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər kluba daxil olaraq oradakı insanlara atəş açıblar. Hadisə nəticəsində 15 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Cinayəti törədənlər dərhal hadisə yerindən uzaqlaşıblar. Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. İnsidentlə bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Klub   Meksika  





Xəbər lenti