Şəkidə ağır yol qəzası - 10 yaralı var

 Şəkidə ağır yol qəzası -   10 yaralı var
  10 Mart 2019    Oxunub:7889
Şəki şəhərində 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə 10 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. (Report)

Azvision.az



Teqlər: Şəki   Qəza  





Xəbər lenti