Ucarda 2 otaqlı ev yanıb

  10 Mart 2019    Oxunub : 540
Ucarda 2 otaqlı ev yanıb
Ucar rayonunda yanğın hadisəsi baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın