Bakıda evdən kişi meyiti tapılıb

  11 Mart 2019    Oxunub : 749
Bakıda evdən kişi meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Hüseynov Əhməd Alı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az


Teqlər: FHN   Mənzil