Məhbus qardaşına heroin keçirmək istədi

  11 Mart 2019    Oxunub : 502
Məhbus qardaşına heroin keçirmək istədi
Bakıda istintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsinə cəhd edilib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 29.177.2.1 və 29.177.2.3-cü maddələrinə əsasən həbs edilən Quliyev Əli Məhərləm oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Quliyev Rafiq Məhərləm oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman cibində olan siqaret qutusunun içərisində gizlədilən bükülülərdə 0,546 qram narkotik maddə - “heroin” və 0,232 qram psixotrop maddə - “metamfetamin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Türmə   Heroin