Adam öldürdüyünə görə axtarışda olan iki nəfər tutuldu

  11 Mart 2019    Oxunub : 592
 Adam öldürdüyünə görə axtarışda olan iki nəfər tutuldu
Axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan R.Məmmədov və İ.Hüseynov saxlanılıblar.

Azvision.az

Teqlər: DİN