İki nəfərə 14 min “atan” şəxs ələ keçdi

İki nəfərə 14 min “atan” şəxs ələ keçdi
  11 Mart 2019    Oxunub:1806
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini olan bir qadının 6000 manat və 2700 ABŞ dollarını, həmçinin 5900 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini K.Dünyamalıyev saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il may ayının 25-də Corat qəsəbə sakini olan daha bir qadını aldadıb 3500 manatını alması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti