Sumqayıtda avtobus qəzasında yaralananlardan xəbər var

   Sumqayıtda avtobus qəzasında yaralananlardan xəbər var
  11 Mart 2019    Oxunub:2515
Sumqayıtda baş vermiş avtobus qəzasında xəsarət alanlardan 9 nəfəri hələ də xəstəxanadadır.
Bu barədə Azvision.az -a Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov məlumat verib. Baş həkim bildirib ki, xəstələrdən 3-ü bu həftə evə yazılacaq.

“Xəstəxanada qalanlar əsasən əməliyyat olunanlar və sınıqları olan şəxslərdir. Onların da əksəriyyəti qadındır. Xəstələr müalicələrini davam etdirir, vəziyyətləri stabildir”.

Qeyd edək ki, fevralın 21-də Sumqayıt şəhərində 30 nömrəli müntəzəm xətt üzrə işləyən sərnişin avtobusu əvvəlcə "Prado"ya, daha sonra idarəetməni itirərək binaya çırpılıb. Hadisə nəticəsində 42 sərnişin yaralanıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qəza   Sumqayıt  





Xəbər lenti