Gəncədə yanğın olub, bir nəfər xəsarət alıb

  11 Mart 2019    Oxunub : 527
Gəncədə yanğın olub, bir nəfər xəsarət alıb
Gəncə şəhərinin Kəpəz rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az

Teqlər: FHN   Gəncə   Yanğın