Cinayətkar dəstənin daha iki üzvü tutuldu

Cinayətkar dəstənin daha iki üzvü tutuldu
  12 Mart 2019    Oxunub:1818
Paytaxtın Nəsimi rayonu ərazisində quldurluq etmiş dəstənin digər üzvləri də polis əməkdaşları tərəfindən yaxalanıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi RPİ 20-ci Polis Bölməsi və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyevin evinə gəlib quldurluq yolu ilə oradan 1900 manat pul və avtomobil açarlarını aparmaqda şübhəli bilinən qrupun digər üzvləri - Tərtər rayon sakini E.Hüseynli və Gəncə şəhər sakini N.Cəfərova da müəyyən edilərək tutulublar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti