Maştağa sakinindən iki tapança götürülüb

  12 Mart 2019    Oxunub : 756
Maştağa sakinindən iki tapança götürülüb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Maştağa qəsəbə sakini İ.Babayevə məxsus qarajda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “Mauser” markalı paslanmış vəziyyətdə olan tapança, 1 ədəd “Hsc mod 84” markalı piston tapançası və 55 ədəd boş patron aşkar edilərək götürülüb. Araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN   Silah