Polis tapança gəzdirən şəxsi saxladı

Polis tapança gəzdirən şəxsi saxladı
  12 Mart 2019    Oxunub:2523
Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Lənkəran rayon sakini X.Xəlilov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ondan “Makarov” markalı tapança və 4 ədəd patron götürülüb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti