Azyaşlılara siqaret satan 4 nəfər cərimələndi

Azyaşlılara siqaret satan 4 nəfər cərimələndi
  12 Mart 2019    Oxunub:1481
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 11-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 mağazada və 1 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub. ​Bu istiqamətdə reydlər davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti