3 piyada yol qəzasının qurbanı oldu

3 piyada yol qəzasının qurbanı oldu
  12 Mart 2019    Oxunub:1585
Martın 11-də saat 21 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində şəhər sakini S.Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Ə.Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, anoloji hadisə martın 11-də saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayonun ərazisində baş verib. Belə ki, şəhər sakini R.Həsizadə idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən şəhər sakini S.Qədiməliyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Martın 12-də saat 2 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İ.İslamovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb. Hər 3 faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti