Füzulidə ağır qəza: Ölən və yaralananlar var

Füzulidə ağır qəza:    Ölən və yaralananlar var
  12 Mart 2019    Oxunub:1849
Martın 11-də saat 8 radələrində Füzuli rayonunun Fin qəsəbəsi ərazisində Bərdə rayon sakini İ.Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda dönmə əməliyyatı edən qəsəbə sakini S.Vəliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə vurub.
DİN mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə S.Vəliyev xəstəxanaya aparılarkən yolda ölüb, İ.Məmmədovun 1 sərnişini xəstəxanaya yerləşdirilib. Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti