Cibgirlik edən şəxslər saxlanılıb

Cibgirlik edən şəxslər saxlanılıb
  12 Mart 2019    Oxunub:1508
Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 4-də Bakı şəhər sakini A.Şamilovanın cibindən içərisində 200 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Qəmbərov saxlanılıb.
DİN mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində 2 qadının içərisində pul və sənəd olan pulqabılarını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini A.Məmmədrəhimov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti