DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
Azvision.az -a verilən məlumata görə, araşdırmalarla oğurluğu törədən şəxsin sonradan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 ( Qəsdən sağlamlığa yüngül zərər vurma), 177.2.2 (Oğurluq, təkrar törədildikdə), 177.2.3 (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 177.2.4 (Oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.2.2 (Quldurluq, təkrar törədildikdə), 181.2.5 (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Lerik rayon sakini Yaşar Şəfiyev olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az