Bakıda 7 tələbə dönərdən zəhərlənib

 Bakıda 7 tələbə dönərdən zəhərlənib
  14 Mart 2019    Oxunub:3256
Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Azvision.az xəbər verir ki, Virtualaz.org-a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. Deyib ki , gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər.

Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.

Azvision.az



Teqlər: Dönər   Tələbə  





Xəbər lenti