Oğurluq edən dəstə bir il sonra tutuldu

  15 Mart 2019    Oxunub : 552
Oğurluq edən dəstə bir il sonra tutuldu
Ötən ilin mayında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Təzəkənd kəndində fərdi yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3135 manat olan məişət əşyaları oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri 48 yaşlı Afiq Hacıyev, 27 yaşlı İsmət Xəlilov və əvvəllər məhkum olunmuş 46 yaşlı Əfqan Alyarov saxlanılıblar.

Dindirilmə zamanı saxlanılan şəxslər oğruluq hadisəsini törətdiklərini və oğurladıqları məişət əşyalarını satdıqlarını etiraf ediblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Oğurluq