Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.