Keçmiş məhkumun evindən 1 kq narkotik götürülüb

  16 Mart 2019    Oxunub : 826
Keçmiş məhkumun evindən 1 kq narkotik götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirir nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəquliyev saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq heroin və tiryək, həmçinin çəkisi 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik