Nəvəsini qətlə yetirən 73 yaşlı məhkum - FOTO+VİDEO

  Nəvəsini qətlə yetirən 73 yaşlı məhkum -    FOTO+VİDEO
  17 Mart 2019    Oxunub:6601
Ağdam rayon sakini, 73 yaşlı Rakif Bayramov iki il əvvəl həbs olunub. O, 2017-ci ildə 16 yaşlı nəvəsini xüsusi amansızlıqla qətlə yetirdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum edilib. Həmin cinayət hadisəsi o zaman geniş rezonans doğurmuşdu.
Məhkum Bayramov bu gün əfv sərəncamının icrası ilə əlaqədar 11 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə görüntülənib. Əfv olunanları yola salan R.Bayramov törətdiyi ağır cinayət səbəbindən hələ ömrünün bir neçə ilini dəmir barmaqlıqlar arasında keçirməli olacaq.



Rakif Bayramov doğma nəvəsini niyə öldürməsi haqda istintaqa ifadəsində deyib: "Nəvəmin evə narkoman dostlarını gətirdiyini öyrəndim. Artıq onun hərəkətlərindən bezmişdim. Nə qədər xəbərdarlıq etsəm, başa salsam da, xeyri yox idi. Hadisədən bir gün əvvəl onun evə narkoman dostunu gətirdiyini eşitdim. Əsəbiləşdim, arvadım da evdə idi. Onu bazara göndərdim. Uşaqla mübahisə etdim. Şəhid olan oğlumun gorunu və məni söydü. Üstümə gələndə bir yumruq vurdum. Yerə yıxıldı. Tez əllərini bağladım. Ağzına parça salıb iplə bağladım ki, qışqırmasın. Mətbəxdən bıçaq gətirib cinsiyyət orqanını kəsdim. Sonra iplə boğub, öldüyünə əmin oldum. Yorğana büküb, yatağın altına qoydum".



Qatil baba nəvəsini öldürəndən sonra cinsiyyət orqanını kəsib. O, nəvəsinin cinsiyyət orqanını kəsməsini isə belə izah edib: "Oğlumun qəbrini, mənim də ağzımı söydü. Mən də sübut etmək üçün kəsdim. Amma öləndən sonra kəsmişəm".


( Foto Rakif Bayramov həbs olunan zaman çəkilib)

Rüstəm İsmayılov
Azvision.az


Teqlər: Məhkum  





Xəbər lenti