350 kq fındıq və 3 maşın oğurlayan şəxs ələ keçdi

350 kq fındıq və 3 maşın oğurlayan şəxs ələ keçdi
  18 Mart 2019    Oxunub:2035
Zaqatala Rayon Polis Şöbəsinə Aşağı Tala kəndi ərazisindəki fındıq sexlərinin birindən 250 kiloqram fındığın oğurlanması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalara başlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş M.Mamayev saxlanılıb, digər 1 nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.

Polis əməkdaşları tərəfindən onların rayon ərazisində və paytaxtın Binəqədi rayonu ərazisində törətdikləri digər analoji əməllərinin də üstü açılıb. Belə ki, onların kənd ərazisində digər fındıq sexindən 100 kiloqram fındıq ləpəsi, kənd sakininə məxsus “VAZ-2106” markalı avtomobildən videoqeydiyyat qurğusu və pul, həmçinin cari ilin fevral-mart ayları ərzində paytaxtın Binəqədi rayonu ərazisindən 3 “VAZ” markalı avtomobili qaçırmaları da müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti