DİN Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini , əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və metamfetamin də aşkar edilib.
Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin silah gizlətməsi də müəyyən edilib. Onun Əhmədli qəsəbəsində yaşadığı evin yaxınlığında gizlətdiyi “TT” markalı tapança aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Azvision.az