Qusarda narkotik satanlar saxlanılıb

Qusarda narkotik satanlar saxlanılıb
  18 Mart 2019    Oxunub:2375
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Köhnə Xudat kənd sakini Ramiddin Vəlibəyov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun evinə baxış zamanı oradan 60 qram çəkidə qurudulmuş marixuana aşkar edilib. Dindirilmə zamanı R.Vəlibəyov narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyini və bir müddət öncə narkotik vasitənin bir hissəsini 200 manata satdığını bildirib.

RPŞ-nin keçirdiyi digər bir əməliyyat –axtarış tədbirləri nəticəsində Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Əliyev narkotik vasitə satan zaman saxlanılıb. Belə ki, həmin şəxs rayon ərazisində 2 bükümdə olan qurudulmuş marixuananı 20 manata satan zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti