Gömrükdə 912 min pirotexniki vasitə aşkarlanıb - VİDEO

 Gömrükdə 912 min pirotexniki vasitə aşkarlanıb -  VİDEO
  18 Mart 2019    Oxunub:2850
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də bayram günləri öncəsi bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirməyə cəhdlər edirlər və bu kimi halların qarşısı qətiyyətlə alınır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, növbəti belə bir fakt Bakı Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən aşkarlanıb.

Belə ki, idarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Mercedes-Benz 408" markalı yük avtomobilinin arxa yük yerində Azərbaycan vətəndaşına məxsus müxtəlif markalı 912989 ədəd pirotexniki vasitələr aşkar edilib. Faktla bağlı araşdırma aparılır.



Azvision.az



Teqlər: DGK  





Xəbər lenti