Martın 17-də saat 17 radələrində Tovuz rayonunun Əsrik-Cırdaxan kəndi ərazisində kənd sakini Əfqan Quliyev idarə etdiyi “ZİL” markalı avtomobili aşırıb.
DİN Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişin Əli Abbasov hadisə yerində ölüb. Tovuz RPŞ tərəfindən araşdırma aparılır.