Sabah Azərbaycana yaz gəlir

 Sabah Azərbaycana yaz gəlir
  20 Mart 2019    Oxunub:6310
Bahar fəsli martın 20-də saat 07:49:36-da Azərbaycana qədəm qoyacaq. Bununla da ölkə ərazisində yaz fəsli başlayacaq.
Azvision.az xəbər verir ki, bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan şimal yarım kürəsində astronomik yaz fəsli başlayır.

Yazın gəlişi martın 20-si səhər saatlarına təsadüf etdiyindən Novruz bayramı elə həmin gün qeyd olunacaq.

Azvision.az



Teqlər: Yaz   Fəsil  





Xəbər lenti