Keçmiş məhkum oğurluq edib

Keçmiş məhkum oğurluq edib
  20 Mart 2019    Oxunub:1409
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mirzəzadə martın 17-nə keçən gecə Yeni Yasamal-1 yaşayış sahəsində evinin qarşısında saxladığı “Niva” markalı avtomobilinin yan güzgülərinin oğurlandığını bildirib.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Q.Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: Oğurluq   DİN  





Xəbər lenti