Bir gündə 2 maşın yanıb

Bir gündə 2 maşın yanıb
  23 Mart 2019    Oxunub:2914
Abşeron rayonunda “Volkswagen” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəki şəhərinin Çeşməli kəndində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti