Zərdabda evdən 9 minlik qızıl oğurlanıb

  23 Mart 2019    Oxunub : 636
Zərdabda evdən 9 minlik qızıl oğurlanıb
Zərdab rayon sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Azad İsmayılzadə saxlanılıb. Araşdırmalarla onun 9850 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Oğurluq