Xudiyevi aldadıb 1800 manatını aldılar

Xudiyevi aldadıb 1800 manatını aldılar
  23 Mart 2019    Oxunub:2035
Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə bu ilin yanvar ayında baş verib. Belə ki, paytaxt sakini F.Zeynalov və Abşeron rayon sakini Ş.Həmidov Bakı şəhər sakini X.Xudiyevi aldadıb 1800 manat pulunu alıb.

Sabunçu rayon Polis idarəsi 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Zeynalov və Ş.Həmidov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti