Evdən oğruluq edən dəstə tutuldu
Polis əməkdaşları tərəfindən keçirilən növbəti uğurlu əməliyyat tədbiləri nəticəsində Ağcabədi rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Roman Əsədov, Röyal Hüseynov, Əlimərdan İsmayılov saxlanılıb.
Araşdırmalarla onların 3000 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib. Ə. Hüseynovun ətrafında davam etdirilən tədbirlər zamanı tanışı Elvin Hüseynovla birlikdə rayon ərazisindəki kafelərin birindən 540 manat dəyərində müxtəlif növ spirtli içkilər oğurladığı da müəyyən edilib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azvision.az