6 maşından oğurluq edənlər saxlanılıb

6 maşından oğurluq edənlər saxlanılıb
  23 Mart 2019    Oxunub:2809
Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini H.Allahverdiyevə məxsus avtomobildən 378 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Quliyeva saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin fevral-mart ayları ərzində 5 avtomobildən akkumulyator və yaddaş kartı, 1 həyətyanı sahədən inşaat materialları, habelə neft terminalı bazasındakı dəmiryol xəttinin hissələrini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan A.Qurbanov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti