FHN köməksiz qalan vətəndaşları xilas edib

  25 Mart 2019    Oxunub : 794
FHN köməksiz qalan vətəndaşları xilas edib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

FHN-dən verilən digər məlumata görə, Sumqayıt şəhərində 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri qapının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.

Azvision.az

Teqlər: FHN